Bakının mərkəzindəki yanğın söndürüldü – Video – Yenilənib

Bakının mərkəzində çoxmərtəbəli bina yanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

***

FHN yaydığı növbəti məlumata görə, hazırda yanğının söndürülməsi işləri davam etdirilir. 

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb. 

Əlavə məlumat veriləcək.

***

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, yanğın səbəbindən Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda yol polisi əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

***

FHN-in yaydığı son məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

DİN-dən bildirilib ki, yanğınla əlaqədar polis təxliyə tədbirlərində iştirak edir.

***

FHN-in yaydığı son məlumata görə, çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.










Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More