Müəllimləri daşıyan mikroavtobus aşdı, 20 yaralı var – Yenilənib

Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Mikroavtobusun Gəncədən Gədəbəyə gedən müəllimləri daşıdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə nəticəsində Maarif kənd sakini Natiq Əliyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil 1986-cı il təvəlüdlü Pərviz Quliyevin sükanı arxasında olduğu “Mercedes” markalı sənirnişindaşıyan mikroavtobusla toqquşub.

Qəzada yaralanan bir neçə şəxsin kimliyi məlum olub:

1. Məryəm Babayeva

2. İlahə Əliyeva

3. Xədicə Baxşəliyeva

4. Nailə Məmmədova

5. İlahə Tağıyeva

6. Ulduz Babayeva

7. İmarət İsgəndərova

8. Türkan Məcidli

9. Əfsanə Kazımova

10. Səbinə Əliyeva

11. Nərmin Məhərrəmqızı

12. Bəhruz Bayramov

13. Emilya Vəliyeva

14. Pərviz Quliyev (sürücü)

Yunis Quliyev


Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More