Adnan Əhmədzadənin vaxtı bitdi – Həbs qərarı qüvvədə qaldı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunan iş adamı Adnan Əhmədzadə həbs qərarından apellyasiya şikayəti verməyib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun bu hüququndan istifadə etmə müddəti artıq bitib.

Qanunvericiliyə əsasən, məhkəmənin həbs qətimkan tədbiri seçilməsi barədə qərarından 3 gün ərzində apellyasiya şikayəti vermək mümkündür. Lakin Adnan Əhmədzadə artıq dörd gündür həbs edilib. Bu müddət ərzində nə özü, nə də vəkili yuxarı instansiya məhkəməsinə müraciət edib.

Onun vəkili Şaiq Mirzəyev də saytımıza açıqlamasında məlumatı təsdiq edib: “Hazırkı mərhələdə apellyasiya şikayəti verməyi zəruri hesab etmədik. İlk 4 ayda aktiv istintaq hərəkətləri aparılır. Bu səbəbdən hələ ki gözləmək qərarına gəldik. Gələcəkdə məsləhətləşmə əsasında, səhhəti və digər amilləri nəzərə alaraq məhkəməyə müraciət edə bilərik”.

Xəbəri rus dilində oxuyun: Время Аднана Ахмедзаде истекло – арест остался в силе

Görünən isə odur ki, Adnan Əhmədzadə özü də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi ilkin sübutlarla tanış olub və apellyasiya şikayətinin real nəticə verməyəcəyini düşünüb.

Sail Ağasəlim

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More