“Xanı” dəfn olundu – Fotolar – Yenilənib

Ötən gün mina partlaması nəticəsində həyatını itirmişXanı ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədovun nəşi ailəsinə təhvil verilib. 

“Qafqazinfo”nun xəbərinə görə, mərhumla yaşadığı Ağdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Qeyd edək ki, S.Əhmədov Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində minaya düşərək həlak olub

Xatırladaq ki, əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. O, həm I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Onun vətən uğrunda döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. 

***

Gizir “Xanı” Ağdam rayonunun Üçoğlan kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.

Ziya Əmirxanlı









Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More