Bakıda məşhur şirkətdən daha bir gecə qalmaqalı – DİN-dən açıqlama+Video

Gecə saatları olmasına baxmayaraq “Avant Group” MTK Bakıda qazıntı işləri aparaq sakinlərin rahatlığını pozur.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri teleaparıcı Nigar Sabirqızı feysbuk hesabında paylaşıb.

O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib.

Qeyd edək ki, “Avant Group” bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma nəticəsində fakt təsdiqini tapmışdı.

***

DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, ərazidə qazıntı işlərinin dayandırılması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Bir müddət əvvəl ərazidə ağacların kəsilməsinə görə başlanan cinayət işi üzrə isə istintaq hərəkətləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More