Bu stansiya gələn ilin sonunadək açılacaq – Fotolar

“Metronun B-04 stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.

O qeyd edib ki, B-04 stansiyası çəhrayı xəttin beşinci, metropolitenin isə 28-ci stansiyasıdır.

M.Rzayev əlavə edib ki, “8 Noyabr” – B-04 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib, dəmir yolu xətti tam olaraq çəkilib:

“Layihə üzrə stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Eskalatorlardan 12 ədədi artıq inşa edilib. B-04 stansiyasının C.Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı olacaq. Bunlardan 2 çıxış tam olaraq inşa edilib, ikisində bərpa-tikinti işləri davam etdirilir. Stansiyanın platformasının uzunluğu 144 metr təşkil edir”. 

O qeyd edib ki, Bənövşəyi xəttin davamı olaraq 7 vaqon xətti hərəkətə buraxılacaq.

Gülnar Əliyeva

Fotolar: Xəyal Vəlizadə





Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More