Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla yanğının rayon sakini Fuad Səmiyev tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 1 hektar əkin sahəsi yanıb.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.