Bakıda “INMerge” İnnovasiya Sammiti keçirilir

Bu gün Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə sayca 5-ci “INMerge” İnnovasiya Sammiti işə başlayıb.

“Report” xəbər verir ki, 2 gün davam edəcək sammitin əsas məqsədi Azərbaycanda innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

“INMerge” İnnovasiya Sammiti bu il 30-dan çox ölkədən 1 000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir platformada birləşdirəcək.

Sammitin ilk gününün açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, İnnovasiyalar şöbəsinin müdiri Tuğra Musayeva çıxış edəcəklər.

Bundan başqa, tədbirin ilk günündə elm və təhsil naziri Emin Əmrullayevin, “Pixar Animation Studios” şirkətinin həmtəsisçisi Ed Kətmulun, Harvard Biznes Məktəbinin professoru Tarun Xannanın və digər spikerlərin çıxışı nəzərdə tutulub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More