Aslan Sultanov: “White Hill Capital” Azərbaycanda vençur maliyyələşməsini diversifikasiya edəcək”

“White Hill Capital” vençur fondunun Azərbaycana daxil olması həm investisiya portfelinin perspektivli layihələrlə genişlənməsinə, həm də ölkədə vençur maliyyələşməsi mühitinin diversifikasiyasına imkan yaradacaq.

“Report” xəbər verir ki, bunu fondun rəhbəri Aslan Sultanov Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən “INMerge 2025” İnnovasiya Sammitində bildirib.

Onun sözlərinə görə, Azərbaycan innovasiya sahəsində sürətli inkişaf nümayiş etdirir və yerli startapların dünya bazarına inteqrasiyası üçün güclü potensialı var.

A. Sultanov əlavə edib ki, “White Hill Capital”ın regiondakı uğurlu investisiya təcrübəsi Azərbaycan startaplarına yeni imkanlar qazandıracaq, ölkədə vençur maliyyələşməsi mühitini daha da müxtəlifləşdirəcək və rəqabət qabiliyyətini gücləndirəcək.

O bildirib ki, fondun əsas məqsədi isə yerli startapların qlobal bazarda rəqabətədavamlılığını dəstəkləməkdir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More