Azərbaycan şirkətləri öz regionunun istifadəçiləri üçün nəzərdə tutulmuş tətbiqlərin yaradılmasına diqqət yetirməlidir.
“Report” xəbər verir ki, bunu “OpenAI”ın Bazarlara çıxış şöbəsinin keçmiş rəhbəri, məsləhətçi Zak Kass “PAŞA Holdinq”in təşkil etdiyi “INMerge-2025” İnnovasiya Sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, uğur qazananlar yalnız Silikon Vadisindəki şirkətlər deyil, burada əsas amil infrastruktur və tətbiqlərdir.
“Biz Silikon Vadisinin hüdudlarından kənarda olan tətbiqlərin zamanla daha da yaxşılaşdığını getdikcə daha çox müşahidə edirik. Bu ona görə baş verir ki, tətbiq təbəqəsi olduqca vacibdir. Azərbaycan və ya hər hansı digər regiondakı şirkətlərə əsas məsləhətim budur: regionunuzdakı insanlar üçün tətbiqlər yaradın. Bazarlar kifayət qədər böyükdür. Ya da infrastruktur qurun. “Boru kəmərləri” inşa edin: “DataOps”, “MLOps”. Lakin mən data mərkəzlərinə və ya fundamental tədqiqatlara sərmayə qoymazdım”, – Z.Kass bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.