Əməkdar artist Cabir İmanov vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.
Qeyd edək ki, C.İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəli idi, 4 övladı var.
Aslan Vəliyev
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.