“Azərkosmos” 8 ayda 12 milyon dollarlıq xidmət ixrac edib

Bu ilin yanvar-avqust aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 11,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın avqust sayında bildirilir.

8 ayda peyk telekommunikasiya xidmətlərini 41 ölkədən təxminən 100 şirkət idxal edib. Əsas ixrac istiqamətləri Böyük Britaniya (3,1 milyon ABŞ dolları), Lüksemburq (2,3 milyon ABŞ dolları), Nigeriya (569,5 min ABŞ dolları), Türkiyə (537,9 min ABŞ dolları) və İsveç (530,4 min ABŞ dolları) olub.

Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 66 % olub.

Təkcə avqustda isə “Azərkosmos”35 ölkəyə 1,5 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More