“Nar”ın direktoru vəzifəsindən ayrıldı

“Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) rəhbərliyində dəyişiklik olub. 

“Qafqazinfo” xəbər verir ki, bu gün şirkətin baş icraçı direktoru Qunnar Panke karyerasında yeni mərhələyə başlamaq məqsədilə tutduğu vəzifədən ayrılıb.

O, 8 ilə yaxın müddətdə “Nar” rəhbərliyində təmsil olunub. 

Qeyd edək ki, “Nar” baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı məlumatı yaxın zamanda ictimaiyyətə təqdim edəcək.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More