Şəkər çuğunduru ilə dolu “KamAZ” “Yevlax kruqu”na girdi – Video

Yevlax şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəkər çuğunduru daşıyan “KamAZ” markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq şəhərin mərkəzindəki dairəyə çırpılıb.

Nəticədə yük maşını yarasız hala düşüb, yük yerindəki çuğundurlar ətrafa dağılıb.

Hadisə yerinə aidiyyəti qurumların qüvvələri cəlb edilib və çuğundurlar magistral yoldan kənarlaşdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More