Rəsmilər Oqtay Şirəliyevlə vida mərasimində – Fotolar – Yenilənib

Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

“Qafqazinfo” xəbər verir ki, mərhumun cənazəsi Təzəpir məscidindən götürüləcək.

***

Oqtay Şirəliyevlə Təzəpir məscidində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak edirlər.

***

Oqtay Şirəliyevin nəşi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılıb.

Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.

Fotolar: Pərvin Zeynal
















Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More