Güclü külək olacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More