Ərdoğan və Mirziyoyev də Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hər iki Prezidentin mətbuat xidmətləri məlumat yayıb.

Qeyd edilib ki, liderlər Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşündə iştirak edəcəklər. 

Bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

Sözügedən sammit oktyabrın 7-si Qəbələdə baş tutacaq.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də sabah həmin iclasla bağlı Azərbaycana səfər edəcək.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More