Türkiyədə məşhur kriminal avtoritet saxlanıldı – Foto

Türkiyədə “Cəhənnəm Necati” ləqəbli məşhur kriminal avtoritet Necati Coşkun Arabacı tutulub.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, o, İzmir şəhərindəki Adnan Menderes adına Hava Limanında saxlanılıb.

53 yaşlı Arabacının İnterpol tərəfindən axtarışda olduğu bildirilib.

Qeyd edək ki, həm də “Kölnün babası” ləqəbi ilə tanınan N.Arabacı cinayətkar qruplaşma lideri kimi çirkli pulların yuyulması, xərac toplama, narkotik dövriyyəsi, silah qaçaqmalçılığı kimi cinayətlərdə şübhəli bilinir.


Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More