Premium texnologiyalar – “Neo QLED 8K”, “Neo QLED 4K” və süni zəka

Yeni “Samsung Neo QLED 8K”, “Neo QLED 4K”, QLED və OLED modelləri ilə televizor seyr etmək əsl həzzə çevrilir. 

“Qafqazinfo” xəbər verir ki, güclü “NQ8 AI Gen2” və “NQ4 AI Gen3” prosessorları sayəsində hər səhnə canlandırılaraq, son dərəcə dolğun və detallı görüntü təmin edilir. 

Burada, “AI Upscaling Pro” texnologiyası kontentin keyfiyyətini 4K-dan 8K-a yüksəldir, “AI Gamma Pro” isə otağın işıqlandırılmasına uyğun olaraq görüntü qammasını avtomatik tənzimləyir – beləliklə, ən tünd və ən parlaq səhnələr belə ideal şəkildə təqdim olunur.
“65” QN900 Neo QLED 8K” flaqman modeli isə zərif dizaynı və qabaqcıl texnologiyaları ilə hər kəsi heyran edir.

“Samsung Neo QLED 4K”, həm yüksək görüntü keyfiyyəti, həm də münasib qiymət axtaranlar üçün nəzərdə tutulub. Belə ki, burada Q4 AI prosessoru görüntünü və səsi məzmundan asılı olaraq avtomatik şəkildə tənzimləyir. “Quantum Dot” texnologiyası və 100% “Color Volume” isə təsvirin milyardlarla parlaq rəng çalarları ilə ötürülməsini təmin edir. Bu modeldə istifadə olunan “Quantum HDR” texnologiyası qara rəngləri daha dolğun, ağları isə daha parlaq edir. 60Hz tezlikli “Motion Xcelerator” isə oyunlarda və idman yayımlarında hərəkətlərin axarlığını təmin edir.

Dinamik oyunlarda hər millisaniyə nəticəni müəyyən edir, bu səbəbdən hərəkətlərə ani reaksiya çox önəmlidir. “Samsung Neo QLED 4K”, 4K/120Hz dəstəyi ilə yanaşı, VRR və ALLM funksiyaları sayəsində oyun təcrübəsini yeni səviyyəyə qaldırır. 

“S95D QD-OLED” modelində ilk dəfə tətbiq edilən parıltıya qarşı örtük indi QN90F 4K, QN900F 8K və S95F OLED kimi digər televizor modellərində də istifadə olunur. Bu örtük ekranın üst səthindən əks olunan işığın parıldamasını azaldaraq, intensiv işıqlandırma şəraitində belə yüksək görüntü keyfiyyətini təmin edir.

Gələcəyin texnologiyasını bu gün sınayın

“Samsung 2025” televizor modelləri adi seyr vasitəsi deyil evinizdə izləməkdən zövq almanız üçün yaradılmış bir yenilikdir. Belə ki, burada hər detal, rəng çaları və hərəkət yeni təcrübə təqdim edir. Parlaq emosiyalar, oyunlar və filmlərlə zəngin dünyadan zövq alın – gələcəyin texnologiyasını artıq bu gün kəşf edin.

“Samsung” televizorlarını artıq Azərbaycan bazarında da, “Kontakt Home”, “Baku Electronics” və “İrşad” rəsmi partnyor mağazalarından əldə etmək mümkündür. 

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More