NK-nın İşlər müdirindən 4 milyon tələb edən Xələfov həbsdə vəfat etdi

Nazirlər Kabinetinin İşlər müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə təqsirli bilinərək 13 il həbsə məhkum edilmiş Vahid Xələfov vəfat edib.

Bu barədə “Qafqazinfo”ya mərhumun vəkili Osman Kazımov məlumat yayıb.

Məhkum müalicə aldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Vahid Xələfovla zərərçəkmiş Hikmət Xəlilov arasında mübahisə əvvəldən mövcud olan pul mübahisəsi olub. Mərhum iddia edib ki, zərərçəkmiş onun əməyinə qarşılıq olaraq pulunu verməyib. 

Bu səbəbdən V.Xələfov onu təhqir edib, əlində olan dərmansəpən aparatdan silah qismində istifadə edərək onun avtomobilinə zərbələr endirib. Daha sonra o, üzərindəki MP-654K markalı pnevmatik tapançanı H.Xəlilova tuşlayaraq, hədə-qorxu yolu ilə ondan 4.165.000 manat pul tələb edib.

Sail Ağasəlim

Fotoda: Hikmət Xəlilov

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More