Kremlin rəsmi sözçüsü Dmitri Peskov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığını vacib adlandırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, D.Peskov bu barədə brifinqdə danışıb.
“Prezident İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib. Söhbət zamanı digər məsələlər də müzakirə edilib. Bu, çox vacibdir”, – Peskov bildirib.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng edib. Dövlət başçısı rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.