Azərbaycanla bağlı yayılan dezinformasiyaya Türkiyədən – Reaksiya

“Bəzi sosial media hesablarında “İsrailin 7 oktyabrda Qəzzaya qarşı başlatdığı soyqırımının ildönümündə Azərbaycanda bayraqlar yarıya endirilib” iddiası ilə bağlı yayılan məlumatlar dezinformasiyadır”​. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb. 

Qeyd olunub ki, bu cür iddialar ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır: “Azərbaycanı Fələstin əleyhdarı kimi qələmə verməyə çalışan bu iddialar ictimaiyyəti çaşdırmaq, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkəmiz Azərbaycanın nüfuzuna xələl gətirmək, türk-islam dünyası daxilində həmrəyliyi sarsıtmaq və Fələstin xalqına qarşı soyqırımını ört-basdır etmək məqsədi daşıyan düşünülmüş və sistemli idarəçiliyin tərkib hissəsidir.

İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür yalan məlumatlara etibar etməmək və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirmək çox vacibdir”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More