Binəqədi yolunu hansı qurum bu hala salıb? – Video – Yenilənib

Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yolun hərəkət hissəsində kanalizasiya çəkilişi ilə əlaqədar qazıntı işləri aparılıb.

“Qafqazinfo” xəbər verir ki, Rəsulzadə və Binəqədi qəsəbələrini birləşdirən yoldakı vəziyyət hər gün tıxacın yaranmasına, sürücülərin və sərnişinlərin xeyli vaxt itirməsinə, eləcə də ətrafın çirklənməsinə səbəb olur.

Ərazidən paylaşım edən şəxslər aylardır davam edən işlərin tezliklə başa çatıdırlmasını tələb ediblər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən saytımıza bildirilib ki, ərazidəki qazıntı işlərinin və kommunikasıya xətlərinin çəkilməsinin onlara aidiyyəti yoxdur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən açıqlamada isə Binəqədi yolundakı işlərin tikinti şirkətinin sifarişi ilə podratçı tərəfindən icra edildiyi bildirilib: “Bu prosesin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqəsi yoxdur”.

***

Binəqədi Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, ərazidəki işlər müvafiq dövlət qurumları ilə razılaşdırılaraq həyata keçirilir: “Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin texniki şərtinə əsasən, qeyd edilən ünvanda yerləşən dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə su və kanalizasiya xətlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınaraq sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb. İşin icrası zamanı nəqliyyatın hərəkəti dayandırılmayıb”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More