Azərbaycanda kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradılır.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədrinin müavini Şahin Əliyev “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.
O vurğulayıb ki, I mərhələdə sistemdə istifadəçilərin vahid məlumat bazası formalaşdırılacaq və sayağaclardan daxil olan məlumatlar toplanacaq: “Bu, onun mərkəzləşdirilmiş təhlilini aparmağa imkan verəcək. Növbəti mərhələdə məlumatlar sensorlardan real vaxt rejimində daxil olacaq ki, bu da daha operativ qərar qəbul etməyə imkan verəcək”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.