AKTA “Femmes Digitales” ilə Anlaşma Memorandumu imzalayıb

Bakıda keçirilən “Women in Cyber” – “Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyi ilə “Femmes Digitales” təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, memorandumu Assosiasiyanın icraçı direktoru Rauf Cabbarov ilə “Femmes Digitales”ın təsisçisi və sədri Jana Krımpe imzalayıb.

Tədbiri “Femmes Digitales – Supporting Women in Tech” İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) təşkil edib və “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində keçirilir.

Konfransın əsas tərəfdaşları kimi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və AKTA çıxış edir.

Tədbirdə Y.Krimpe, “e-Governance Academy” (eGA) təşkilatının baş kibertəhlükəsizlik eksperti və layihə rəhbəri Elsa Neeme, Amerika Birləşmiş Ştatalrının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Amy Carlon, eləcə də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya və Kibertəhlükəsizlik İdarəsinin rəhbəri xanım Nataliya Tkaçuk və digər beynəlxalq ekspertlər çıxış edəcəklər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More