Aİ rəsmisi: “Qadınlar kibertəhlükəsizlik sektorunda yetərincə təmsil olunmurlar”

Hazırda dünyada qadınlar kibertəhlükəsizlik sektorunda yetərincə təmsil olunmurlar.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəsmisi Məryəm Hacı İsmayılova Bakıda keçirilən “Women in Cyber” – “Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu gün dünyada texnologiyanın əhəmiyyəti getdikcə artır və IT sahəsində bacarıqlı insanlara tələbat da artır: “Kibertəhlükəsizlik və gender bərabərliyi Aİ-nın əsas dəyərlərinin mərkəzində dayanır. Biz elə bir dövrdə yaşayırıq ki, rəqəmsal transformasiya cəmiyyətimizin hər aspektini formalaşdırır – ünsiyyətimizdən, öyrənməyimizdən, işimizdən və idarəetməmizdən tutmuş hər şeyə təsir edir. Lakin bu imkanlarla birlikdə risklər də gəlir. Kibertəhlükələr həm miqyas, həm də mürəkkəblik baxımından artır, kritik infrastrukturlarımızı, iqtisadiyyatları və şəxsi məlumatları təhdid edir”,-deyə o qeyd edib.

Aİ rəsmisi əlavə edib ki, bu çağırışla üzləşmək üçün qitə ölkələri və onların qonşuları bütün səylərini səfərbər etməlidir: “Yaradıcı yanaşma və dözümlülük vacibdir. Biz bu cinayətə qarşı tək mübarizə apara bilmərik. Aİ hər kəsin, cinsindən asılı olmayaraq, rəqəmsal dövrdən faydalanmaq və bu dövrə töhfə vermək üçün ədalətli imkanlara malik olmasını təmin etmək istəyir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More