Bakıda qadın yanaraq ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Oktyabrın 6-da 1973-cü il təvəllüdlü Yelena Aleksandrovna Qurbanova yaşadığı Qala qəsəbəsindəki evində termiki yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən qadın oktyabrın 12-si orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır. Y.Qurbanovanın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.