“Bir-birinizlə yola gedirsiniz?” – Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində dünya liderləri ilə birgə sülh sazişinin imzalanmasında iştirak edib.

ABŞ Prezidenti Donald Tramp orada bir daha Ermənistan və Azərbaycan arasında 32 illik münaqişəyə siyasi çərçivədə onun vasitəçiliyi ilə son qoyulduğunu və bunun vacibliyini xatırladıb:

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More