Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliyanın Baş naziri Corciya Meloni arasında maraqlı dialoq olub.
“Qafqazinfo” xəbər verir ki, bu, Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.
Belə ki, Melonini yaxşı gördüyünü deyən Ərdoğan, onu siqaret vərdişinə görə zarafatla məzəmmət edərək, “Amma siqareti tərgitdirməliyəm” deyib.
Meloni bu zarafata “Bilirəm, bilirəm” cavabını verərkən, kənarda dayanan Fransa Prezidenti Emmanuel Makron “Bu, qeyri-mümkün görünür” deyib.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.