Beyləqanda 3 “Mercedes” toqquşdu – Video

Beyləqanda “Mercedes” markalı 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza olub.

“Qafqazinfo” xəbər verir ki, Əlinəzərli kəndi ərazisində baş verən hadisədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bir avtomobil isə yoldan çıxaraq boş sahəyə düşüb.

Qəza zamanı sürücülərdən yüngül xəsarət alanın olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More