19 yaşlı oğlan evdə ölü tapıldı

Bakıda mənzildən gənc oğlanın meyiti  tapılıb.

“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı Nurlan Əliyev bu gün səhər saatlarında yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib.

Hələ ki, onun ölüm səbəbi bilinmir. Meyit müayinə edilməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Nurlan əslən Astara rayonundandır. O, paytaxtda qardaşı ilə birgə yaşayırmış.

Surxay Şahbazov

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More