Yeni aparat rəhbəri o oldu

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Əmr imzalanıb.

Aparat rəhbəri postuna Əliyev Kənan Firdovsi oğlu gətirilib. O, hazırkı təyinatadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniyanın Madrid şəhərindəki Baş ofisində işləyib.

Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More