Yanmış evdə meyiti tapılan şəxsin kimliyi bilindi

Dünən Xəzər rayonu Buzovna qəsəbəsindəki yanğında ölən şəxsin kimliyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, saat 07 radələrində qəsəbənin Cəfər Cabbarlı küçəsində yerləşən nömrəsiz fərdi evdə baş vermiş hadisədə vəfat edən şəxsin 1979-cu il təvəllüdlü Şahin Tofiq oğlu Məmmədli olması müəyyənləşib.

İlkin ehtimala görə, hadisə elektrik cərəyanının qısaqapanması səbəbindən olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More