Mahir Emrelinin dayısı oğlunun meyiti tapıldı – Foto

Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün 23:00 radələrində rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Emrelinin dayısı oğludur.


Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More