Həbs edilən icra başçısını kim əvəz edir?

Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevi kimin əvəz etdiyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Turan Dibirova həvalə edilib.

Bu barədə artıq rayon icra hakimiyyətinin kollektivi də məlumatlandırılıb.

Qeyd edək ki, Prezidentin Sərəncamı ilə İslam Rzayev vəzifəsindən azad edilib.

Sail Ağasəlim

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More