Sumqayıtda 25 yaşlı gənc bıçaqlandı – Saxlanılan var-Yenilənib

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində qeydə alınıb.

Məlumata görə, həmin ərazidə yaşayan 25 yaşlı Mehdi Ələsgər oğlu Qəhrəmanov tanımadığı şəxs tərəfindən mübahisə zamanı bıçaqlanıb.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Xəyal Paşayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More