Bakının “Rəqəmsal əkiz”i beynəlxalq konfransda nəqliyyat planlaşdırılmasında uğurlu nümunə kimi qiymətləndirilib

Bakı şəhərinin “Rəqəmsal əkiz”i beynəlxalq tədbirdə sürətlə böyüyən şəhərlərdə rəqəmsal texnologiyaların nəqliyyatın planlaşdırılması və monitorinqini asanlaşdırmasına dair uğurlu nümunə kimi qiymətləndirilib.

“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Nəqliyyat Forumu (BNF) və “Eurostat”ın təşkil etdiyi “Məlumatlara əsaslanan qərar qəbuletmənin təşviqi” mövzusundakı konfransda baş tutub.

Bildirilir ki, Azərbaycan nümayəndə heyəti Bakının “Rəqəmsal əkiz”i mövzusunda təqdimatla çıxış edib. Şəhər mobilliyinin idarə olunması, məlumat inteqrasiyası və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsində bu layihənin rolu vurğulanıb. Təqdimat iştirakçılar arasında böyük maraq doğurub.

Tədbirdə 20-yə yaxın ölkənin mütəxəssisləri səmərəli və dayanıqlı şəhər mobilliyi sistemlərinin formalaşdırılmasında rəqəmsallaşmanın rolunun gücləndirilməsinə dair müzakirələr aparıblar. Sessiyalar zamanı iştirakçılar ölkələrinin təcrübələrini bölüşüblər. Tədbir Azərbaycanın rəqəmsal transformasiya və dayanıqlı nəqliyyat istiqamətlərində əldə etdiyi nailiyyətləri bölüşməsi üçün mühüm platforma rolunu oynayıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More