Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 64 yeni domen verilib.
“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 217 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 32 % azdır.
Təkcə oktyabrda 4 yeni domen və 12 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 33 % çox və 77 % azdır.
2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.
Mənbə: Report.Az

Comments are closed.