“Cavab verdi ki, məqsədi yalnız o olub”

“Prezident Tramp Oval kabinetdə Azərbaycan lideri İlham Əliyevdən üstün ordusu olduğu halda niyə münaqişəni davam etdirmədiyini soruşdu”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq məsələləri üzrə xüsusi elçisi Stiven Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumunda deyib.

“Cavab verdi ki, məqsədi yalnız işğaldakı əraziləri geri qaytarmaq olub. Artığı yox”.

Uitkoff bunu Azərbaycan dövlət başçısının heyrətamiz qərarı adlandırıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More