WTDC-25-də Azərbaycanın 5G və süni intellekt sahəsindəki irəliləyişi qeyd edilib

Azərbaycan müasir qabaqcıl texnologiyaların tətbiqində əhəmiyyətli uğurlar nümayiş etdirir.

“Report”un məlumatına görə, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lukison Zavazava WTDC-25 çərçivəsində jurnalistlərə bildirib.

“Burada, Bakıda olmağımıza şadıq. Xüsusilə vurğulanamalıdır ki, ev sahibliyi edən hökumət 5G, süni intellekt və digər innovasiyalar daxil olmaqla qabaqcıl texnologiyaların tətbiqində yaxşı nəticələr nümayiş etdirir. Biz onlarla sıx əməkdaşlıq edirik və bu qarşılıqlı əlaqə təcrübəsini yüksək qiymətləndiririk”, – K.Zavazava vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More