Elektron Təhlükəsizlik Xidməti “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

Son günlər “WhatsApp” vasitəsilə istifadəçilərin hesablarına icazəsiz giriş cəhdləri sürətlə artıb.

“Report” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin vətəndaşlara müraciətində qeyd olunub.

Bildirilib ki, şübhəli keçidlərə daxil olmaq, tanımadığınız şəxslərdən gələn linklərə klikləmək və təsdiqləmə kodlarını paylaşmaq böyük risk yaradır:

“Heç bir halda SMS və ya “WhatsApp” təsdiqləmə kodlarınızı başqaları ilə bölüşməyin!”

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More