Yaddaşlarda “Aşıq Yediyar” kimi qaldı… – Video

Uzunsürən xəstəlikdən sonra vəfat edən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist 67 yaşlı  Yadigar Muradov xalqın yaddaşında daha çox “Aşıq Yediyar” kimi qalıb.

“Qafqazinfo” xəbər verir ki, illər əvvəl fəaliyyət göstərən ANS kanalında yayımlanan “Qulp” verilişinin daimi iştirakçısı olan Y.Muradov teatrın digər aktyorları ilə birgə çoxlu maraqlı personajlar yaratmış, o dövr üçün aktual olan bir sıra mövzulara satirik yanaşma ortaya qoymuşdu.

Həmin illərdə ölkədə ən çox baxılan verilişlərdən olan “Qulp”da çıxışları ilə məşhurlaşan Y.Muradov o dövrdə Qarabağ məsələsi ilə bağlı siyasi proseslərin uzanmasına həsr etdiyi mahnılar cəmiyyətdə daha çox təsir yaradırdı.

Mərhum aktyorun sevilən videolardan biri – bəzi məmurların kreslo sevgisinə aid çəkdiyi “Kreslo davası” videoçarxını təqdim edirik:

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More