Trampla Ronaldo Ağ Evdə bir arada – Video

ABŞ Prezidenti Donald Tramp Portuqaliya yığması və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının ulduzu Kriştianu Ronaldo ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evin rəsmi instaqram səhifəsində görüşdən videogörüntülər paylaşılıb.

Paylaşıma verilən “Two GOATS” – “Ən böyüklər” şərhi isə izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “GOAT” ifadəsi ingiliscədən tərcümədə “Greatest of All Time” – “Bütün zamanların ən yaxşısı” deməkdir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More