“Şaka” vəfat etdi

Hindistanın tanınmış aktyoru, Azərbaycanda “Şaka” kimi tanınan Dharmendra bu gün 90 yaşında vəfat edib.

“Qafqazinfo” “Bollywood Hungama”ya istinadən xəbər verir ki, noyabrın 11-i nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilən aktyor bu gün səhər saatlarında ölüb.

Qeyd edək ki, Dharmendra ölkəmizdə sevilən “Bollivud” aktyorlarından olub. O, “Zita və Gita”, “Əlibaba və qırx quldur”, “Qisas və qanun“, “Daş və Çiçək”, “Sevimli Raca” və s. filmləri ilə tanınır.

Xatırladaq ki, Dharmendra “Zita və Gita”dakı tərəf müqabili Hema Malini ilə evli olub.





Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More