Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan İbrahimov Əmr imzalayıb.
Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən azad edilib.
Xatırladaq ki, noyabrın 12-si Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan İbrahimov Nəsimi rayonunun icra başçısı təyin olunub.
***
İqtisadiyyat.az-ın məlumatına görə, müvafiq Əmrlə Elxan Qarahmədov da baş mütəxəssis – sürücü vəzifəsindən azad olunub.
E.İbrahimovun digər Əmri ilə isə Ceyhun İsmayılov icra başçısının köməkçisi təyin edilib.
C.İsmayılov bundan əvvəl də E.İbrahimovun Kürdəmir Rayon İcra Hakimiyyətində köməkçisi olub.
Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.