“Qarabağ” “Napoli” səddini keçə bilmədi – Yenilənib+Video

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun oyunları start götürəcək.

“Qafqazinfo” xəbər verir ki, beşinci turun ilk oyun günündə doqquz qarşılaşma baş tutacaq.

Belə ki, “Qalatasaray” klubu “Royal Union”la, “Ayaks” “Benfika” ilə, “Napoli” “Qarabağ”la, “Budyo Qlimt” “Yuventus”la, “Çelsi” “Barselona” ilə, “Borussiya Dortmund” Vilyarreal”la, “Mançester Siti” “Bayer Leverkuzen”lə, “Marsel” “Nyukasl Yunayted”lə, “Slaviya Praqa” isə “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.

26 noyabr

Saat 00:00, “Napoli” – “Qarabağ”;

***

Komandaların start heyətləri açıqlanıb.

“Napoli”: 32. M.Saviç, 17. Olivera, 4. Buongiorno, 31. Beukema, 22.Di Lorenzo, 8. McTominay, 68, Labotka, 13.A.Rahmani, 7. David Neres, 19. Hoylun, 70.Lang

Baş məşqçi: Antonio Konte

“Qarabağ”: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 11. Addai, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

***

Matç başladı.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

56-cı dəqiqədə Mateuş Koxalski qapımıza təyin olunan penaltini ustalıqla dəf edir.

***

66-cı dəqiqədə Skot Maktominey hesabı açır.

***

72-ci dəqiqədə top Marko Yankoviçə dəyərək qapımıza yönəlir.

***

Matç bitdi. Ağdam təmsilçisi “Napoli” ilə oyundan xal itkisi ilə ayrılır.







Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More