Azərbaycan həqiqətən də süni intellekt sahəsində təsirli həllər yaratmaq qabiliyyətinə malikdir.
“Report” xəbər verir ki, bu barədə “Boston Consulting Group”un (BCG) idarəedici direktoru və tərəfdaşı Anton Aristov Bakıda keçirilən SPE-2025 Xəzər Texniki Konfransında bildirib.
“Hesab edirəm ki, bu həllərin bir çoxu Xəzər regionunda tətbiq edilə bilər, belə ki, onlar regionun spesifik xüsusiyyətləri ilə sıx bağlıdır. Sənaye məsuliyyəti öz üzərinə götürməli və bu təşəbbüslərə yaşıl işıq yandırmalıdır. Burada məsuliyyət həlledici rol oynayır”, – A.Aristov deyib.
Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.