Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində Zakir Musayev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə piyada 1975-ci il təvəllüdlü Elşən Paşa oğlu Əskərovu vurub.
Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilən piyada orada vəfat edib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.