Nazir müavini: “Süni intellektin tətbiqi sahəsində görülməli işlər görülmüş işlərdən daha çoxdur”

Azərbaycanda süni intellektin tətbiqi sahəsində görülməli olan işlər görülən işlərdən daha çoxdur.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) “ASAN Süni İntellekt Mərkəzi”nin (ASAN AI HUB) açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Azəebaycanda müxtəlif istiqamətlər üzrə olduqca böyük işlər görülməkdədir, buna süni intellektin tətbiqi də daxildir: “Amma bu gün etiraf etməliyik ki, bu sahədə görülməli işlərin həcmi, artıq gördüyümüz işlərdən qat-qat çoxdur. Əgər hazırkı vəziyyətimizi düzgün qiymətləndirməsək, harada olduğumuzu və hara getməli olduğumuzu dəqiq müəyyənləşdirməsək bu, nəticə etibarilə iqtisadiyyatımıza mənfi təsir göstərə bilər. Qlobal rəqabət qabiliyyətinin təmin edilməsi ölkələrin texnoloji inkişafından birbaşa asılıdır”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More