Paytaxtın Binəqədi rayonunda mənzildən məktəbli qızın meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 1-i saat 01 radələrində Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Kəmalə Məmmədzadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.